Bakı. Trend:
2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 940,3 milyon manat təşkil edib.
Bu barədə Trend Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz çoxdur.
Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 643,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.