Bakı. Trend:
"Tesla" şirkətinin baş direktoru İlon Mask Las-Veqasda "Trump International Hotel" yaxınlığında baş verən "Tesla Cybertruck"ın partlamasına münasibət bildirib.
Trend xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Şirkətimizin yüksək səviyyəli peşəkarlardan ibarət komandası hadisə ilə bağlı araşdırma aparır. Əlavə məlumat əldə etdikcə ictimaiyyətə təqdim edəcəyik," – Mask yazıb.
O, qeyd edib ki, belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını vurğulayıb: "Biz heç vaxt belə bir şey görməmişik."
Hazırda insidentin səbəbləri ilə bağlı araşdırma davam edir.
xxx
01:57
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məxsus Nevada ştatının Las-Veqas şəhərindəki 64 mərtəbəli “Trump International” otelinin qarşısında Çərşənbə günü elektrikli Cybertruck pikapının partlaması nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Las-Veqasın polis rəisi Kevin Makmehil Amerikanın əsas televiziya kanallarında yayımlanan mətbuat konfransında bildirib.
Yeddi qurbanın hamısı yüngül xəsarət alıb, McMahill əlavə edib və onların tezliklə sağalacağına ümid etdiyini bildirib. Hüquq-mühafizə orqanları hələ də mərhumun şəxsiyyətini müəyyən edə bilməyiblər.
xxx
23:49
ABŞ-ın Las-Veqas şəhərində "Tesla Cybertruck" avtomobili Donald Trampa məxsus "Trump International Hotel"in yaxınlığında partlayaraq yanıb.
Trend xəbər verir ki, hadisə "Trump International Hotel" ərazisinin yaxınlığında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik məqsədilə binanın yaxınlığındakı yolları bağlayıblar. Şəhər sakinlərinə hadisə yerindən uzaq durmaq tövsiyə olunub.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.