...

Suriya ABŞ ilə dialoqa hazırdır

Dünya xəbərləri Materials 2 Yanvar 2025 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın Keçid Hökumətində xarici işlər naziri Əsəd Şeybani, ölkəsinin beynəlxalq tərəflərlə dialoq qurmağa açıq olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə Qətər İnformasiya Agentliyinə istinadla məlumat yayılıb. Şeybani verdiyi bəyanatda ABŞ ilə münasibətləri inkişaf etdirməyə hazır olduqlarını qeyd edib, lakin bunun ABŞ-ın mövqeyindən asılı olduğunu vurğulayıb.

O, münasibətlərin Suriya xalqının maraqlarını əsas götürəcəyini bildirib və ABŞ ilə əlaqələrin "həlledici" əhəmiyyət kəsb etdiyini əlavə edib. Şeybani, həmçinin, Suriya üzərindəki sanksiyaların qaldırılmasının vacibliyinə diqqət çəkib.

Bildirilib ki, Şeybani bu gün ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Səfər, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin dəvəti əsasında baş tutub.

Xəbər lenti

Xəbər lenti