...

Azərbaycanda bu kanalın yenidən qurulmasına 12,4 milyon manat ayrıldı

Tender müsabiqələri Materials 2 Yanvar 2025 09:36 (UTC +04:00)
Azərbaycanda bu kanalın yenidən qurulmasına 12,4 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əlincəçaydan su götürən və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi hazırlıq işlərini yekunlaşdırıb.

Agentlik sözügedən işlərin icrasını "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə uyğun olaraq, sözügedən su anbarının yenidən qurulması üçün agentlik şirkətə 12,4 milyon manat ödəyəcək.

Qeyd edək ki, kanalın yenidən qurulması işləri həvalə edilən şirkət - "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti