Bakı. Trend:
Yeni il gecəsi Belçikanın paytaxtı Brüsseldə baş verən iğtişaşların iştirakçıları onlarla avtomobili yandırıb.
Trend xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Polis, dekabrın 31-i axşam saat 6-dan yanvarın 1-i səhər 7-yə qədər 159 nəfəri həbs edib və şəhər boyu 1 700-dən çox insidentə müdaxilə edib.
Brüssel yanğınsöndürmə xidmətinin məlumatına görə, ən azı 60 avtomobil yanıb, alovu söndürməyə çalışan yanğınsöndürənlərə daşlar və "Molotov kokteyli" atılıb. İnsidentlər nəticəsində xəsarət alanların olmadığı bildirilir.