...

ABŞ xüsusi xidmət orqanları Nyu-Orleandakı terror aktı ilə Las-Veqasdakı partlayışın əlaqəsini araşdırır

Dünya xəbərləri Materials 2 Yanvar 2025 08:39 (UTC +04:00)
ABŞ xüsusi xidmət orqanları Nyu-Orleandakı terror aktı ilə Las-Veqasdakı partlayışın əlaqəsini araşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Nyu-Orleandakı terror aktı ilə Las-Veqasda “Cybertruck” pikapının partladılması arasında mümkün əlaqələrin araşdırıldığını bildirib.

Trend xəbər verir ki, Bayden Kemp-Deviddəki istirahət iqamətgahından vətəndaşlara qısa müraciətində bu məsələyə toxunub:

“Biz Las-Veqasda “Trump Hotel” yaxınlığında baş vermiş partlayışı izləyirik. Hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri Nyu-Orleandakı hücumla hər hansı əlaqənin olub-olmadığını araşdırır.”

Prezident, jurnalistlərin Donald Trampla bu hadisələrlə bağlı hər hansı danışıq olub-olmaması və gələcəkdə oxşar hadisələrin baş vermə ehtimalı ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir.

Xəbər lenti

Xəbər lenti