Bakı. Trend:
İspaniyanın "Real" klubu, yarımmüdafiə xəttini gücləndirmək üçün yeni oyunçu ilə maraqlanır.
Trend "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi "Liverpul"da çıxış edən argentinalı yarımmüdafiəçi Aleksis Mak Allisteri yayda transfer etmək niyyətindədir.
İngiltərə klubu, 26 yaşlı oyunçu üçün 100 milyon avro tələb edir. Qeyd edək ki, "Liverpul" Aleksis Mak Allisteri ötən ilin yayında "Brayton" klubundan transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş futbolçu, bu mövsüm "Liverpul"un heyətində 25 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.