Bakı. Trend:
İsrailin keçmiş müdafiə naziri Yoav Qalant ölkənin parlamenti – Knessetdən istefası barədə ərizəni təqdim edib.
Trend xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.
Bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında iddia olunan hərbi cinayətlərlə əlaqədar onun barəsində həbs orderi verib.
66 yaşlı Qalant ötən ilin noyabr ayında Qəzzada HƏMAS-a qarşı aparılan əməliyyatlarla əlaqədar İsrail baş naziri Benyamin Netanyahu ilə aralarında yaranmış mübahisəyə görə müdafiə naziri postundan istefaya göndərilsə də, Knessetdəki mandatını qoruyub saxlamaqda idi.
Nəşr yazır ki, Qalant Knessetdəki mandatından imtina etmək qərarını baş nazir Netanyahu və hazırkı İsrail müdafiə naziri İsrael Katzın apardığı siyasətlə razılaşmaması ilə əlaqələndirib.
Keçmiş müdafiə nazirinin sözlərinə görə, Katz və Netanyahu “ultra-ortodoksların SAXAL-da hərbi xidmətdən azad edilməsi üzərində çalışır”.