Bakı. Trend:
İranın cənubunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri ölkənin Bəndər Abbas şəhərindən 58 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağının 10 km dərinlikdə olduğu bildirilib.
Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.