...

BMT Baş katibi Nyu-Orleandakı terror aktını pisləyib

Dünya xəbərləri Materials 2 Yanvar 2025 06:57 (UTC +04:00)
BMT Baş katibi Nyu-Orleandakı terror aktını pisləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antoniu Quterriş, Luiziana ştatının Nyu-Orleans şəhərində azı 15 nəfərin həyatına son qoyan terror aktını kəskin şəkildə pisləyib.

Trend xəbər verir ki, dünya təşkilatının rəhbərinin mətbuat xidmətindən verilən açıqlamada, Baş katibin Yeni il bayramını qeyd edən izdihama avtomobillə hücum edərək, 15 nəfərin ölümünə və 30 nəfərin yaralanmasına səbəb olan Nyu-Orlean hücumunu qətiyyətlə pislədiyi bildirilib.

Quterriş, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək, Luiziana ştatının iqtidarına və sakinlərinə, eləcə də ABŞ vətəndaşlarına başsağlığı göndərib. O, yaralananların tezliklə sağalmasını diləyib.

Xatırladaq ki, Yeni il gecəsi yerli vaxtla səhər saat 3 radələrində Nyu-Orleanın mərkəzində yük maşını piyadaların üstünə sürülüb. Avtomobil dayandıqdan sonra cinayətkar polis əməkdaşlarına atəş açıb və cavab atəşi ilə öldürülüb. Son məlumatlara görə, 15 nəfər həlak olub və 30 nəfərdən çox insan yaralanıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) baş verənləri terror aktı kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti