Bakı. Trend:
Türkiyənin şimalında, Bartın vilayətində taxtadan tikilmiş otel yanğın nəticəsində ciddi zərər görüb.
Trend xəbər verir ki, otel mənzərəli dağlıq ərazidə yerləşir və 40 qonaq üçün nəzərdə tutulmuşdu. Yanğınsöndürənlər alovu otelin ətrafındakı meşəyə keçmədən söndürməyi bacarıblar. Lakin 13 otaqdan 11-i tamamilə dağılıb, bir neçə nəfər dəm qazından zəhərlənib.
Otelin sahibi bildirib ki, yanğın zamanı oteldə heç kim olmayıb, çünki səhər saatlarında 25-30 nəfərlik qonaq qrupu oteli tərk edib. Yanğının səbəbinin elektrik naqillərində qısaqapanma və ya qızdırıcının nasazlığı olduğu ehtimal edilir.