Bakı. Trend:
Fələstin hökuməti Qətərin Əl-Cəzirə telekanalının ölkə ərazisində yayımını dayandırıb.
Trend xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Fələstinin Daxili İşlər, Mədəniyyət və Rabitə nazirliklərinin əməkdaşlarından ibarət komitə kanalın yayımının müvəqqəti qadağan olunması barədə qərar qəbul edib.
Komitə bildirib ki, Əl-Cəzirə dəfələrlə təxribat xarakterli reportajlar yayımlayıb, yalan məlumatlar paylaşaraq hökumətə qarşı üsyana çağırış edib. Bu hərəkətlər Fələstinin daxili işlərinə müdaxilə və mövcud qanunvericiliyin pozulması kimi qiymətləndirilib.
Bununla əlaqədar kanalın Ramallahdakı ofisinin fəaliyyəti dayandırılacaq, müxbirlərin akkreditasiyası isə ləğv ediləcək.