Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatında 4,7 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 18:34-də (Bakı vaxtı ilə 06:34) qeydə alınıb. Zəlzələnin episentri Kobb yaşayış məntəqəsindən 4 km şimal-qərbdə yerləşib. Təbiət hadisəsinin ocağı isə 1,1 km dərinlikdə müəyyən edilib.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmir.