Bakı. Trend:
Paris Saint-Germain (PSJ) klubu İngiltərənin "Liverpul" komandasında çıxış edən misirli hücumçu Məhəmməd Salaha həftəlik 500 min avro maaşla üç illik müqavilə təklif edib.
Trend xəbər verir ki, bu məlumatı jurnalist Romen Kolle Qoden X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
"Liverpul"la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Salaha klubunun iki il müddətinə həftəlik 400 min avro maaşla yeni müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Hücumçunun gələcəyi ilə bağlı qərarının yaxın vaxtlarda açıqlanması gözlənilir.