Bakı. Trend:
Fransanın "Renn" klubu heyətini Fil Dişi Sahili millisinin üzvü Seko Fofana ilə gücləndirib.
Trend xəbər verir ki, Liqa 1 təmsilçisi, "Əl-Nəsr" klubundan Fofananı transfer etmək üçün 20 milyon avro təzminat ödəyib. Bu barədə "Renn"in mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Seko Fofana icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Ettifaq" klubunda çıxış edirdi və bu mövsüm 15 rəsmi oyunda iştirak edib.