Bakı. Trend:
2025-ci il yanvarın 1-də Rumıniya və Bolqarıstan rəsmən Şengen zonasının tamhüquqlu üzvləri oldular ki, bu da müqavilənin qalan tərəfləri ilə bu ölkələrin quru sərhədlərində yoxlamaları ləğv etməyə imkan verdi.
Bu mühüm hadisə, hər iki ölkənin Avropa İttifaqına inteqrasiya istəyini təsdiqlədi.
Trend xəbər verir ki, bu barədə Current Time məlumat yayıb.
Qərar, Avstriyanın 2024-cü ilin sonunda vetonunu ləğv etməsindən sonra mümkün olub ki, bu da əvvəllər qeyri-qanuni miqrasiya ilə bağlı narahatlıqlar səbəbindən Rumıniya və Bolqarıstanın Şengen zonasına tam qoşulmasına mane olub.
Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulması Avropada sərbəst hərəkət sahəsini genişləndirir. Ekspertlər hesab edirlər ki, bu, region ölkələri arasında iqtisadi və turizm əlaqələrini gücləndirəcək, onların investorlar və turistlər üçün cəlbediciliyini artıracaq.