...

İraq "Yaşıl İqtisadiyyat"-ı dəstəkləmək üçün karbon izi hesablamasına başlayır

Dünya xəbərləri Materials 2 Yanvar 2025 08:07 (UTC +04:00)
İraq "Yaşıl İqtisadiyyat"-ı dəstəkləmək üçün karbon izi hesablamasına başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraq, "yaşıl iqtisadiyyatı" dəstəkləmək məqsədilə karbon izini hesablamayı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Bağdadiyyun" qəzetinə istinadla məlumat yayılıb. Ölkə, qlobal karbon bazarlarına çıxışı təmin etmək üçün bir sıra mühüm addımlar atıb və bu məqsədlə Karbon İqtisadiyyatı Şirkəti təsis edib. Bununla yanaşı, İraq, bu sahədə təcrübədən faydalanmaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin təcrübələrini öyrənməyə başlayıb.

Karbon izi, insanların gündəlik həyat tərzindən qaynaqlanan və atmosferə buraxılan karbon qazının miqdarını göstərir. Bu, "yaşıl iqtisadiyyat" təşəbbüsləri üçün vacib bir göstəricidir.

Xəbər lenti

Xəbər lenti