...

Suriyanın Müvəqqəti Hökuməti Səudiyyə Ərəbistanına rəsmi səfər edib

Dünya xəbərləri Materials 2 Yanvar 2025 05:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyadakı Müvəqqəti Hökumətin nümayəndə heyəti Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

Trend xəbər verir ki, səfər Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dəvəti əsasında baş tutub.

Heyətə Suriyanın xarici işlər naziri Əsad Həsən Şeybani, müdafiə naziri Murhef Əbu Qasra və kəşfiyyat rəhbəri Ənəs Xattab daxildir.

Müvəqqəti hökumət səfərin məqsədi və müddəti ilə bağlı hələlik açıqlama verməyib.

Xəbər lenti

Xəbər lenti