Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 26,9 ton kərə yağı istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,1% və ya 2,2 ton çoxdur.
Belə ki, 2023-cü ilin ilk 11 ayında ölkədə 24,6 ton kərə yağı istehsal edilib.
2024-cü ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 0,9 ton təşkil edib.