...

ABŞ-də pendir zavodununda təxminən 20 nəfər tüstüdən zəhərlənib

Dünya xəbərləri Materials 1 Yanvar 2025 01:39 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Nyu-Meksiko ştatında pendir zavodununda avadanlıqların xarab olması səbəbindən azı 20 nəfər zəhərli tüstüdən zəhərlənib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə bazar ertəsi səhər saatlarında baş verib. Təxminən 12 nəfər xəstəxanaya yerləşdirilib, iki nəfərin vəziyyəti ağırdır.

Qısa müddətdə qəza işləri başa çatdırılıb və zavod həmin gün işini bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti