Bakı. Trend:
Cənubi Koreyanın paytaxtı Seulda avtomobil bazarda kütlənin üzərinə sürülüb.
Trend-in “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 16:18-də Seulun Mok-dong rayonunda baş verib.
Qəza nəticəsində 4-ü ağır, 7-si yüngül olmaqla, ümumilikdə 11 nəfər xəsarət alıb.