...

Misirdə avtomobil idxalı qaydaları sərtləşdirilir

Dünya xəbərləri Materials 31 Dekabr 2024 04:13 (UTC +04:00)

Bakı. Trend:

Misir hökuməti avtomobillərin ölkəyə idxalı qaydalarını sərtləşdirib.

Trend xəbər verir ki, Misirin investisiya və xarici ticarət naziri Həsən əl-Xətib ölkədə avtomobil bazarını tənzimləmək məqsədilə 319 saylı qərarı imzalayıb. Bu qərar avtomobil idxalına dair qaydaların sərtləşdirilməsini nəzərdə tutur.

Yeni qaydalara görə, şəxs yalnız şəxsi istifadə üçün hər 5 ildə bir avtomobil idxal edə bilər. Bu halda idxalçı maliyyə vəziyyətinin uyğunluğunu sübut edən bank hesabı çıxarışının təqdim etməlidir. Avtomobilin alınması üçün ödəniş Misir bankları vasitəsilə olmalıdır.

Yeni qaydalar diplomatlara, eləcə də xaricdə yaşayan və işləyən misirlilərə şamil edilmir. Eyni zamanda, xarici ölkələrin səfirliklərinə və beynəlxalq təşkilatlara gətirilən avtomobillər, qarşılıqlı yanaşma prinsipi əsasında və beynəlxalq aktlara uyğun olaraq, qeyd olunan tələblərdən azaddır.

Misirin Mərkəzi Statistika Təşkilatının məlumatlarına görə, cari ilin ilk 9 ayında Misirə 1,655 milyard ABŞ dolları dəyərində minik avtomobili idxal edilib. Eyni dövr ərzində 660 milyon dollar dəyərində digər avtomobillər idxal olunub.

Xəbər lenti

Xəbər lenti