...

FIFA qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını artırdı

İdman Materials 10 May 2025 07:10 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını 48 komandaya çatdırmaq barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Növbəti turnir 2027-ci ildə Braziliyada 32 komandanın iştirakı ilə keçiriləcək. Komandaların sayının artırılması 2023-cü ildə təsdiqlənib. Yeni dəyişikliklər 2031-ci ildə qüvvəyə minəcək. Növbəti iki turnir ABŞ (2031) və Böyük Britaniyada (2035) keçiriləcək.

Yeni formata əsasən, qrup mərhələsindəki komandalar 12 qrupa bölünəcək, turnirdəki oyunların ümumi sayı 64-dən 104-ə yüksələcək, turnirin özü isə əlavə bir həftə davam edəcək.

Xəbər lenti

Xəbər lenti