Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı
neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə
1,08 ABŞ dolları və ya 1,67% artaraq, 65,66 dollar/barel təşkil
edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,2 dollar və ya 1,9% bahalaşaraq 64,27 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,11 dollar və ya 2,23% artaraq, 50,92 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,27 dollar və ya 2,04% bahalaşaraq, 63,59 dollar/barel təşkil edib.
Mayın 9-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.