Bakı. Trend:
"Bir millət, iki dövlət" ifadəsi bu gün daha çox aktuallıq qazanıb
Trend xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
"Heydər Əliyevin söylədiyi kimi, "bir millət, iki dövlət" ifadəsi bu gün daha çox aktuallıq qazanıb. Həm kədərli anlarda, çətin vaxtlarda, Qarabağdakı savaşda, həm də bizim 6 fevral zəlzələsində olduğu kimi Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu qardaşlığı bizə öyrədən lider Heydər Əliyevdir.
Biz ona minnətdarıq. Onu hər zaman sevgi və sayğı ilə anacağıq.
Heydər Əliyev bugünkü müasir Azərbaycan dövlətinin hər mənada qurucusu, lideri və həqiqətən, böyük bir vizyon sahibi olan lideri olub", - o qeyd edib.