...

Fransa, Almaniya, Britaniya liderləri Ukraynaya səfər edib

Dünya xəbərləri Materials 10 May 2025 10:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransa prezidenti Emmanuel Makron, Polşa baş naziri Donald Tusk, Almaniya kansleri Fridrix Mertz və Britaniya baş naziri Kir Starmer Ukraynaya səfər ediblər.

Trend xəbər verir ki, “Unian” portalı siyasətçilərin Kiyev dəmiryolu vağzalında bir araya gəldiyini əks etdirən görüntüləri yayıb.

Avropalı liderlər Ukrayna paytaxtına Prezident Volodimir Zelenski ilə danışıqlar aparmaq məqsədilə gəlib.

Dövlət başçılarını Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak və XİN rəhbəri Andrey Sibiqa qarşılayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti