Bakı. Trend:
Ötən həftə İsveçrə şirkətinin Azərbaycanda sosial investisiya layihələrinə yatırım imkanları müzakirə edilib.
Trend xəbər verir ki, bununla yanaşı, Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələri müzakirə edib.
Açıqlanan məlumata görə, Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna 2 milyon dollar ayıracaq.
Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödəyəcək.
Keçən həftə məlum olub ki, bu ilin mayın 1-i tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 816,7 min nəfərə çatıb. Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı 20 795 nəfər olub. Cari ilin yanvar-aprel aylarında yeni nəsil nəzarət kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 8,247 milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manatdan, yaxud 10,8%dən çoxdur. ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-aprel ayları ərzində 55 milyon 968 min manatdan çox olub. Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) "Payriff"ə icrası məcburi göstəriş verib. AMB-nin sədrinin müşaviri vəzifəsindən azad edilib. AMB-nin məlumatlarına görə, cari ilin mart ayının sonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,072 milyard manat təşkil edib, iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,361 milyard manat olub.
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan indiyədək zərər çəkmiş sığortalı fermer və təsərrüfatlara sığorta ödənişlərinin həcmi ümumilikdə 15 milyon manata yaxın olub.
Sənaye parklarının rezidentləri indiyədək 511 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 14 milyard manata çatıb. Neft Fondunun dövlət büdcəsinə transferti proqnozdan 5% az icra edilib. Dövlət Gömrük Komitəsi üzrə büdcə daxilolmalarının həcmi 2,065 milyard manat təşkil edib. Ödənişli xidmətlərdən dövlət büdcəsinə daxilolmalar 72 milyon manat az icra edilib. Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 7 milyard manata çatıb.