Bakı. Trend:
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələri müzakirə edib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşümüzdə AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.