...

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 10,8% artıb

İqtisadiyyat Materials 8 May 2025 11:38 (UTC +04:00)
Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 10,8% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İndiyədək ölkə ərazisində 105.885 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Trend bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,247 milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 805,8 milyon manatdan, yaxud 10,8%dən çoxdur.

"Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti