Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında bu ilin mayın 1-i tarixinə aktiv vergi ödəyicilərinin sayı 20 795 nəfərə çatıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz çoxdur.
Eyni zamanda, hesabat dövrünə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 8,5 faiz artıb və 6.044 təşkil edib.