...

Mikrosahibkarlıq subyektlərinə verilən kreditlər son bir ildə 394 milyon manat artıb

İqtisadiyyat Materials 5 May 2025 15:11 (UTC +04:00)
Mikrosahibkarlıq subyektlərinə verilən kreditlər son bir ildə 394 milyon manat artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,072 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, bir ay əvvələ nisbətən 64 milyon manat və ya 2,1%, 2024-cü ilin mart ayının sonuna nisbətən 394 milyon manat və ya 14,7% çoxdur.

Belə ki, 2025-ci ilin fevral ayının sonuna Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,008 milyard manat, ötən ilin mart ayının sonuna isə 2,678 milyard manata bərabər olub.

Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti