Bakı. Trend:
Cari ilin mart ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,361 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, cari ilin əvvəli ilə müqayisədə 64 milyon manat və ya 0,8% çoxdur.
Belə ki, cari ilin yanvar ayının əvvəlinə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,297 milyard manat idi.
Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin bir aprel tarixinə olan məlumatlara görə, Azərbaycanda 867 ədəd iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4%-ini iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,5%), “Emal sənayesi” (13,6%), “Tikinti” (13,0%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,9%) sahələrində yaradılıb.