Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 4,57 milyard manat təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, Fond tərəfindən dövlət büdcəsinə transfert proqnoza qarşı 247,9 milyon manat və ya 5,1% az icra edilib.
Qeyd edək ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur.