...

Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna 2 milyon dollar ayıracaq

İqtisadiyyat Materials 5 May 2025 21:35 (UTC +04:00)
Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna 2 milyon dollar ayıracaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna (ADF 14) 2 milyon ABŞ dolları məbləğində töhfə verəcək.

Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu AİB-in Azərbaycan üzrə idarəçisi, maliyyə naziri Sahil Babayev bank rəhbərlərinin işgüzar sessiyasında bildirib.

"Asiya İnkişaf Fondunun iqlim dəyişikliyi ilə mübarizədə və regionun ən yoxsul və ən həssas ölkələrinin dəstəklənməsində oynadığı mühüm rolu qeyd etmək istərdim. Fond təcili ekoloji problemlərin həlli üçün lazımi maliyyə vəsaiti ayırır", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan ADF-nin fəaliyyətini dəstəkləyir, onun iqlim problemlərinin aradan qaldırılmasında və regionda davamlı inkişafın təşviqində əhəmiyyətini qəbul edir.

"Bununla əlaqədar, İdarəçilər Şurasına bildirmək istəyirəm ki, biz ADF 14-ə 2 milyon dollar töhfə vermək üçün lazımi addımlar atmışıq", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti