...

Aqrar Sığorta Fondu tərəfindən fermerlərə indiyədək ödənmiş vəsaitin həcmi məlum olub

İqtisadiyyat Materials 5 May 2025 12:02 (UTC +04:00)
Aqrar Sığorta Fondu tərəfindən fermerlərə indiyədək ödənmiş vəsaitin həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan indiyədək zərər çəkmiş sığortalı fermer və təsərrüfatlara sığorta ödənişlərinin həcmi ümumilikdə 15 milyon manata yaxın olub.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi Türkiyənin TARSİM sistemi modeli əsasında yaradılıb. Aqrar sığorta mexanizminin əsas xüsusiyyəti sığorta haqqına 50%-lik dövlət dəstəyinin verilməsidir.

Sığorta haqlarının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.

Aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatları sığortalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti