Bakı. Trend:
Ötən həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,6 ABŞ dolları və ya 0,92% azalaraq 64,6 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 65,66 dollar/barel, minimum isə 63,25 dollar/barel olub.
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 63,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,38 ABŞ dolları və ya 0,6% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 64,27 dollar/barel, minimum isə 61,7 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,46 ABŞ dolları və ya 0,92% azalaraq 49,8 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 50,92 dollar/barel, minimum isə 48,47 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,85 dollar və ya 1,35% ucuzlaşaraq, 62,4 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 63,59 dollar/barel, minimum isə 61,09 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
05.05.2025 |
06.05.2025 |
07.05.2025 |
08.05.2025 |
09.05.2025 |
Orta qiymət |
Azeri LT CIF |
- |
$64,94 |
$63,25 |
$64,58 |
$65,66 |
$64,6 |
Azeri Light FOB Ceyhan |
- |
$63,34 |
$61,7 |
$63,07 |
$64,27 |
$63,1 |
Urals (EX NOVO) |
- |
$49,97 |
$48,47 |
$49,81 |
$50,92 |
$49,8 |
Dated Brent |
- |
$62,74 |
$61,09 |
$62,32 |
$63,59 |
$62,4 |
Qeyd edək ki, 5 may tarixində Böyük Britaniyada rəsmi olaraq bayram gününə təsadüf etdiyindən həmin tarixdə birjalar işləməyib. Bu səbəbdən də neftin qiymətləri açıqlanmayıb.