...

Azərbaycan Ukraynadan yenidən təbii bal almağa başlayıb

İqtisadiyyat Materials 10 May 2025 12:30 (UTC +04:00)
Azərbaycan Ukraynadan yenidən təbii bal almağa başlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycana Ukraynadan 20,16 ton miqdarında təbii bal idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 100,78 min ABŞ dolları təşkil edib.

Bu ilin ilk iki ayında Ukraynadan alınan balın bir kiloqramı üçün orta qiyməti 5 ABŞ dolları olub.

Ötən il ərzində Azərbaycana Ukraynadan təbii bal idxal edilməsə də, 2023-cü ildə bu ölkədən 550 kiloqram miqdarında, 4,31 min ABŞ dolları dəyərində təbii bal idxal edilib. Bu dövrdə idxal olunmuş balın bir kiloqramı üçün orta qiyməti 7,8 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 41 ton miqdarında, 196 min ABŞ dolları dəyərində təbii bal idxal edilib. Bu məhsul, əsasən, Ukrayna, Türkiyə və Rusiyadan alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti