...

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir

Siyasət Materials 10 May 2025 12:07 (UTC +04:00)
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanın qərb bölgələri ilə, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr - nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - nazir bildirib.

Nazir mina probleminə də münasibət bildirib:

"2020-ci ilin noyabr ayından sonra azad olunmuş ərazilərimizdə 400-ə yaxın mina hadisəsi baş verib. 70 nəfərə yaxın insan ölüb və ya ağır bədən xəsarətləri alıb. Baş verən bu partlayışların yarısından çoxu o ərazilərdə baş verib ki, onlarla bağlı ümumilikdə heç bir mina xəritəsi təqdim edilməyib".

Xəbər lenti

Xəbər lenti