...

XİN rəhbəri Türkiyə və İsrail nümayəndələrinin Azərbaycanda görüşəcəkləri məsələsinə aydınlıq gətirib

Siyasət Materials 10 May 2025 12:11 (UTC +04:00)
XİN rəhbəri Türkiyə və İsrail nümayəndələrinin Azərbaycanda görüşəcəkləri məsələsinə aydınlıq gətirib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və İsrail nümayəndələrinin Azərbaycanda görüşəcəklərinə dair yayılan məlumatlara münasibət bildirib.

Trend xəbər verir ki, nazir bu barədə Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında bəhs edib.

XİN başçısı bildirib ki, diplomatiya yalnız ictimai açıqlamalar və bəyanatlardan ibarət deyil:

"Diplomatiyanın əsas məqsədi ondan ibarətdir ki, şərait yaratmaq, nəticə əldə etmək. Hansısa problemlər varsa, onların çözülməsinə köməklik etmək və dəstək olmaq.

O açıqlamalar da Azərbaycan tərəfindən gəlməmişdi. Təmasların Azərbaycanda keçirilməsi məsələsini Türkiyə və İsrail tərəfi özü şərh etmişdi. Bu məsələ ilə bağlı mühüm sözlər deyilib. Bundan artıq nəsə deməyə ehtiyac yoxdur", - deyə C.Bayramov qeyd edib.

Xəbər lenti

Xəbər lenti