Bakı. Trend:
Xoşbəxtəm ki, Ulu öndər Heydər Əliyevlə şəxsən yaxın münasibətimiz olub.
Trend xəbər verir ki, bu sözləri bu gün Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, 1-ci dərəcəli “Əmək” və “Heydər Əliyev” ordenlərinin sahibi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sabiq rektoru Ömər Eldarov Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
"Mən xoşbəxtəm ki, Ulu öndər Heydər Əliyevlə şəxsən yaxın münasibətimiz olub. Ümummili Lider Naxçıvandan Bakıya gələndə burada rəssamlıq akademiyası yox idi.
O, iki il memarlıq sahəsi üzrə təhsil alıb, lakin sonra müharibə başladı və o təhsili başa çatdıra bilmədi. Amma arzu edirdi ki, rəssam olsun".
Qeyd edək ki, bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.