...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)

Cəmiyyət Materials 10 May 2025 12:58 (UTC +04:00)
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.

Trend-in məlumatına görə, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq, Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar.

Fəxri xiyabana gələn çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyurlar.

Xəbər lenti

Xəbər lenti