Bakı. Trend:
Rusiyanın Moskva vilayətinin Losino-Petrosvsk şəhərində əl qumbarasının partlaması nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İlkin məlumatlara əsasən, insident ailəvi cütlüklərin Qorki küçəsində Qələbə gününü qeyd etdiyi vaxt baş verib.
Kişilərdən biri əl qumbarasını çıxarıb və sonra pilləkənlərdə siqaret çəkməyə yollanıb, qısa müddətdən sonra partlayış baş verib.
Partlayış nəticəsində hər iki kişi ölüb, onların həyat yoldaşları isə yüngül yaralar alıblar.