...

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 10 May 2025 13:51 (UTC +04:00)
Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 10-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Parlamentin İşlər müdiri Firudin Hacıyev, Aparatın və İşlər idarəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.

Trend xəbər verir ki, Milli Məclisin kollektivi və deputatlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər, Ümummilli Liderə dərin ehtiramlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti