Bakı. Trend:
Xaçmazda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.
Rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri də Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.