Bakı. Trend:
Pakistan və Hindistan arasında atəşkəs razılaşması əldə olunub.
Trend xəbər verir ki, bu barədə bu gün ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasındakı hesabında yazıb.
"Birləşmiş Ştatların vasitəçiliyi ilə bütün gecə davam edən danışıqlardan sonra mən məmnuniyyətlə elan edirəm ki, Hindistan və Pakistan tam və dərhal atəşkəsə razılaşıblar. Sağlam düşüncə və böyük zəkadan istifadə etdiklərinə görə hər iki ölkəni təbrik edirik. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik!", - o yazıb.
Xatırladaq ki, ötən gecə Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Hava zərbələri nəticəsində ölən 26 nəfər dinc sakin həlak olub, 46 nəfər isə yaralanıb.
Bundan sonra, Pakistan cavab atəşi ilə Hindistandakı hədəfləri vurmağa başlayıb.