...

İspaniyada kimyəvi qəza olub – Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 10 May 2025 18:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada Barselona şəhəri yaxınlığında yerləşən kimya zavodunda 70 tona yaxın xlorun saxlanıldığı anbarda partlayış baş verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qəza nəticəsində azı bir nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı deyilir. Kimyəvi maddələrin ətrafa yayılma təhlükəsi olduğundan İspaniyanın beş rayonunda fövqəladə vəziyyət elan edilib. Hazırda mütəxəssislər kimya anbarında baş verən partlayış və yanğının ətraf mühitə potensial təsirlərini qiymətləndirir.

Yerli sakinlərin dediyinə görə, partlayış episentrdən yarım kilometrə qədər uzaqlıqdan belə hiss olunub. Qeyd olunan diapazonda ətrafa çoxsaylı dağıntılar səpələnib. İnsidentin dəqiq səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti