...

"Arsenal" Leandro Trossardla müqaviləni uzatmaq niyyətindədir

Maraqlı Materials 10 May 2025 18:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Arsenal" futbol klubu belçikalı yarımmüdafiəçi Leandro Trossardla müqavilə müddətini uzatmaq arzusundadır.

Trend xəbər verir ki, London təmsilçisi 30 yaşlı futbolçu ilə danışıqlara start verib. Klub Trossardın gələn mövsümün sonunda başa çatacaq müqaviləsini daha 3 il müddətinə artırmaq niyyətindədir.

Xatırladaq ki, Trossard 2023-cü ilin yanvarında "Brayton"dan transfer olunub və baş məşqçi Mikel Artetanın etimadını qazanmağı bacarıb.

Qeyd edək ki, Leandro Trossard bu mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxaraq 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti