...

Tramp Fələstin dövlətçiliyinin tanınmasını elan edə bilər – ABŞ KİV

Dünya xəbərləri Materials 10 May 2025 17:35 (UTC +04:00)
Tramp Fələstin dövlətçiliyinin tanınmasını elan edə bilər – ABŞ KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçiriləcək sammit zamanı Fələstinin tanınması barədə bəyanat verəcək.

Trend xəbər verir ki, bu barədə “The Media Line” nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Prezident Tramp Fələstin Dövləti və onun Amerika Birləşmiş Ştatları tərəfindən tanınması, həmçinin, HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması barədə bəyanatla çıxış edəcək”, - deyə mənbə bildirib.

Diplomatik mənbə qeyd edib ki, əgər bu baş verərsə, Yaxın Şərqdə güc balansını dəyişəcək ən mühüm açıqlamalardan biri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti