...

Cenevrədə ABŞ və Çin arasında ticarət danışıqları start götürüb

Dünya xəbərləri Materials 10 May 2025 17:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində Çin və ABŞ arasında yüksək səviyyəli ticarət danışıqları başlayıb.

Trend xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çin nümayəndə heyətinə hökumətin maliyyə-iqtisadi blokuna nəzarət edən Dövlət Şurasının sədr müavini He Lifen rəhbərlik edir. Vaşinqtonu isə maliyyə naziri Skott Bessent təmsil edir.

Bundan əvvəl ABŞ-nin ticarət naziri Hovard Latnik Çin malları və xidmətlərinin idxalına tətbiq edilən rüsumların ləğvini istisna etmişdi.

Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bəyan edib ki, Çin Xalq Respublikası prinsipial məsələlərdə güzəştə getməyəcək və ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə saziş imzalamaq naminə “ədaləti qurban verməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti