...

Şəkidə qəza zamanı xəsarət alanların sayı və kimliyi məlum oldu (YENİLƏNİB)

Hadisə Materials 10 May 2025 19:48 (UTC +04:00)
Şəkidə qəza zamanı xəsarət alanların sayı və kimliyi məlum oldu (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə baş verən qəza zamanı xəsarət alanların sayı və kimliyi məlum olub.

Trend-in əldə etdiyi məlumata görə qəza zamanı 6 nəfər xəsarət alıb.

Belə ki, Balakən rayon sakinləri olan "Mercedes" sürücü, 1986-cı il təvəllüdlü, Gündüzzadə Asif, 1992-ci il təvəllüdlü Əliyev Turqut, 2019-cu il təvəllüdlü Qədirzadə Kənan, 1961-ci il təvəllüdlü Eteri Ocaqverdiyeva, həmçinin Şəki rayon sakinləri "Ford"sürücü 1987-ci il təvəllüdlü Elşən Məmmədov və 2013-cü il təvəllüdlü Məmmədli Əli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Şəki şəhəri Salman Mümtaz küçəsində “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub.

Qəza zamanı 6 nəfər yaralanıb.

XXX

17:30

Şəki şəhəri, Salman Mümtaz küçəsində “Ford” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı avtomobil toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti